Bir neçə gündür ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın hicab taxan bir neçə məktəbliyə qarşı kobud münasibət göstərməyi ilə bağlı məlumatlar yayılıb. İddiaya görə, direktor şagirdlərin hicabını açıb və buna etiraz edən valideynlərə də təzyiq göstərilib.
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, məktəbdə baş vermiş hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb: “Məlum olub ki, iddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb və növbəti dərs günündən şagird məktəbdə tədrisə davam edəcək".
Məktəbin direktoru Taliyə Mirzəyeva da sözügedən məsələ ilə bağlı Yenicağ.az-a açıqlamasında hicablı şagirdə qarşı hər hansı təzyiq olmadığını bildirib. O qeyd edib ki, məktəbdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Lakin onların arasında nə başıbağlı şagird, nə də müəllim var: “Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi. Çünki bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq. Qız uşağıdır, nə şiddət olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girdi soyundu, çıxdı. Heç bir şiddət ola bilməz”.
Təhsil Şöbəsindən direktorun şagirdin hicabını açması xəbəri haqda açıqlama
17
fevral
17:00

Qarabağ
KOMMENTLƏR
Elina Hacıyevanın intiharı ilə bağlı məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb
245 nömrəli məktəbin şagirdi 8 Mart Bayramı münasibətilə Direktorunu və Sinif rəhbərini
Bakıda məktəbdə 7-ci sinif şagirdlərinin intim görüntüləri yayımlandı
İntim videosu yayılan şagird qız məktəbdən çıxarılıb
Məktəb direktoru şagirdə qarşı əxlaqsız hərəkət edib
- Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb
- Bakıda peyvənd olunacaq müəllimlərin sayı açıqlandı
- “Vaksinin həyəcanından təzyiqin qalxması mümkündür”
- Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdi
- Əli Əsədov iclas keçirdi
- “Gəlib yoxlasınlar, biz qanunlarla işləyirik”
- “Paşinyan “İskəndər”lə bağlı qalmaqaldan sonra üzr istəməli idi”
- “Qarabağda təhlükəsizliyi bərqərar etmək prioritetimizdir ”
- “Qarabağda təhlükəsizliyi bərqərar etmək prioritetimizdir ”
- Son sutkada yoluxanların sayı ilə bağlı açıqlama
- Prezident onlayn Zirvə toplantısında çıxış edib
- “Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər”
- “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
- “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın?!”
- İrəvanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar
- Ermənistana 1374 hərbçinin cəsədi təhvil verilib
- Elxan İbrahimov da Müdafiə Nazirliyindən uzaqlaşdırılıb?
- Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış
- “Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?”
- “Biz hər hansı bir çevrilişə qarşıyıq”
- Yoluxanların sayı artdı
- Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
- Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi
- Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım
- “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
- “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın?!”
- İrəvanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar
- Ermənistana 1374 hərbçinin cəsədi təhvil verilib
- Elxan İbrahimov da Müdafiə Nazirliyindən uzaqlaşdırılıb?
- Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış
- “Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?”
- “Biz hər hansı bir çevrilişə qarşıyıq”
- Yoluxanların sayı artdı
- Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi