Azərbaycandakı Türk iş adamlarını özündə birləşdirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) 2016-cı ilin aprel döyüşlərində işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı fəaliyyətlərini davam etdirir.

Leqal.info-ya məlumatı Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) verib.

8 oktyabr 2017-ci il tarixində TÜİB-in təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbiri və “Çərpələng şənliyi” keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyinin və qardaş ölkənin iri şirkələrinin yaxından dəstəyi ilə həyata keçirilən tədbir çərçivəsində yerli
sakinlər üçün sürpriz olacaq yeniliklər baş tutub.
Bu məqsədlə 8 oktyabrda TÜİB-ə üzv olan şirkətlərin nümayəndələri və sahibkarlar ailələri ilə birlikdə Cocuq Mərcanlıya səfər ediblər. Tədbirdə Türkiyənin Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral da öz ailəsi ilə birlikdə iştirak edib.
Olduqca faydalı təşkil edilmiş səfər zamanı qrup üzvləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq-Mərcanlı kəndinin əhalisi ilə tanış olub, uşaqlar üçün «Çərpələng Bayramı» ilə yanaşı, müxtəlif oyunlar və animasiyalar da təşkil edilib.
Eləcə də səfər çərçivəsində TÜİB-in üzvü olan Türkiyənin dünya şöhrətli «Dünyagöz» xəstəxanasının Bakıdakı nümayəndəliyi tərəfindən yerli sakinlər üçün pulsuz «Göz müayinəsi»təşkil edilib. TÜİB-in digər üzvü olan «Türk-Amerikan Medical Center» tərəfindən
isə yerli sakinlər üçün pulsuz «Sağlamlıq müayinəsi» təşkil edilib. Bu xidmətlərdən onlarla kənd sakini faydalanıb.
Səfər zamanı Cocuq Mərcanlı orta məktəbinə dəstək məqsədilə məktəbin kitabxanasına TÜİB üzvləri tərəfindən 500-ə yaxın kitab hədiyyə edilib.
Bayram şənliklərində TÜİB-in üzvləri olan «Lime Catering» və «Büyükfırat Grubu» tərəfindən yerli sakinlərə və səfər edənlərə yüksək keyfiyyətli yemək və türk dönəri servis edilib, içkilər isə «Coca -Cola» şirkəti tərəfindən təşkil edilib. Səfər zamanı «TÜİB Cocuq Mərcanlıya Dəstək Qrupu» fəaliyyəti çərçivəsində görülən işlərin nəticələri də müzakirə olunub. Türkiyənin Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral , TÜİB sədri Hüseyin Böyükfırat, Cocuq Mərcanlıya dəstək layihəsinin koordinatoru Ali İhsan Genç, TÜİB-in bir neçə üzü, Cəbrayıl rayonunu icra hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlının ilk sakini Oqtay Həziyev, kənd ağsaqqaları və digər sakinlərin iştirakı ilə aparılan müzakirələrdə kənddə həyata keçiriləcək layihələr, Cocuq Mərcanlının inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib. Tədbir zamanı TÜİB sədri Hüseyin Böyükfırat Cocuq Mərcanlı məktəbinin direktoru Zamin Həziyevi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin plaketi ilə təltif edib və ona gələcək işlərində uğurlar arzulayıb. Xatırladaq ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)
Azərbaycanın işğaldan azad edilən kəndinin inkişafında yaxından iştirak etməyi özünə hədəf seçib və TÜİB tarixi təşəbbüs irəli sürüb - «Made in Chojuk-Marjanly » brendini yaradıb dünyaya tanıtmaq. Türkiyənin iş adamları uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək niyyətindədirlər. Digər məqsəd sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır. Sentyabrın 15-də artıq 2-ci dəfə Cocuq Mərcanlıya səfər edən TÜİB rəhbərliyi və üzvləri kənd məktəbində 24 ildən sonra zəngin çalınmasında iştirak edib. Bu dəfə isə TÜİB növbəti səfəri planlayıb.
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib
Cocuq Mərcanlıda TÜİB-in təşkilatçılığı ilə möhtəşəm şənlik qeyd edilib