Milli Məclisin deputatları ehtiyac meyarı həcminin artırılmasını təklif ediblər.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu təklif 2018-ci il dövlət və icmal büdcənin layihəsinin müzakirələri zamanı səsləndirilib.

Deputatlar parlamentin plenar iclasında “Ehtiyac meyarı haqqında” qanun istisna olmaqla, 2018-ci il üçün bütün büdcə paketlərinin müzakirə olunmasını təklif ediblər.

Millət vəkillərinin fikrincə, 2017-ci il üçün də müəyyən edilmiş 116 manat həcmində ehtiyac meyarı kifayət deyil.

2018-ci il üçün Azərbaycanda yaşayış minimumu 173 manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 11,6 faiz çoxdur. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumları aşağıdakı kimi olacaq: əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat.