Bu günlərdə bəzi saytlarda 99-YP-485 dövlət nömrə nişanlı Yol Polisi avtomobilinin heyyəti ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, güya Yol Polisi əməkdaşı sürücüyə sillə vurur. Bu məsələ ilə bağlı Leqal.info-ya bəzi təfərrüatlar məlum olub. Beləki əldə etdiyimiz məlumatlara görə Yol Polisinə qarşı irəli sürülən ittihamlar həqiqəti əks etdirmir. Beləki sözügedən dövlət yol polisi avtomobilində xidmət aparan Yol Polisi işçiləri sürücüyə qarşı heç bir kobud hərəkət etməyiblər. : "Bu məlumatı bəzi müxalifətyönümlü saytlar qəsdən yayırlar : Ona görə yayırlar ki, Yol Polisi işçilərinin gördüyü müsbət işlərə kölgə salsınlar, onların işinə maneəçilik törətsinlər. Yol Polisi əməkdaşları daim dövlətin qanunlarına hörmətlə yanaşır, sürücülərə qarşı mədəni rəftar edir və öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Bəzi saytlar isə qəsdən bu cür məlumatlar yaymaqla Yol Polisinin işinə xələl gətirməyə çalışırlar. Amma buna əsla nail ola bilməyəcəklər."

Sonda biz də öz növbəmizdə yollarda hərəkətin təhlükəsizliyini təmin edən və peşəsinə sədaqətlə xidmət edən Yol Polisi əməkdaşlarına işlərində uğurlar arzulayırıq.

Leqal.info