Bayramov Səbahəddin Fazil oğlu 1 yanvar 1973-cü ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Səbahəddin böyüyüb boya-başa çatdığı torpağına, elinə-obasına layiq sözün əsl mənasında mərd oğul idi. O, Dondarlı kəndində uşaqdan böyüyə qədər hələ gənc yaşlarında hamının hörmətini qazanmış oğul idi. Hamı ona mərdliyinə, vətənpərvərliyinə görə daha çox hörmət bəsliyirdi. Ancaq onun da arzuları, gələcəkdə olan planları var idi. Ancaq çox təəssüflər olsun ki, vaxtsız əcəl yenə də öz işini gördü. 1990-cı illərdə gedən döyüşlərdə Səbahəddin könüllü olaraq düşmənə gücünü göstərmək üçün döyüşlərdə iştirak etmək qərarına gəldi. Düşmənlə üz-üzə gələrək mübarizə aparan Səbahəddin Fazil oğlu Bayramov çox təəssüflər olsun ki, 6 yanvar 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi ətrafında gedən döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. "
"Leqal İnformasiya Agentliyi" olaraq biz də Qubadlı şəhidimiz Səbahəddin Fazil oğlu Bayramovun ailəsinə başsağlığı verərək Allahdan səbr diləyirik.
Qubadlı şəhidimiz Səbahəddin Fazil oğlu Bayramovun şəhid olmasından 23 il ötür
Qubadlı şəhidimiz Səbahəddin Fazil oğlu Bayramovun şəhid olmasından 23 il ötür
Necə deyərlər "Şəhidlər ölməz, Vətən bölünməz".

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”.

(Bəqərə surəsi, 2/154)


Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.

Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.

Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər.

Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.

Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.

Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.

Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.

Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.

Şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:


Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

VİDEO