Güclü külək Xırdalanda fəsadlara səbəb olub.

Leqal.info Baku.ws-ə istinadən xəbər verir ki, küləyin sürətinin artmasından sonra Xırdalanda bəzi binaların damı sıradan çıxıb.

Külək yollarda ağacları da aşırıb.

Qeyd edək ki, martın 31-i səhərədək güclü küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30, yarımadanın bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

VİDEO