Rusiyanın Yaroslav vilayətinin Tutayev şəhərində gənc azərbaycanlının meyiti tapılıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı Yaroslav vilayətinin Azərbaycanlı İcması yayıb.

Bildirilir ki, meyit 1995-ci il təvəllüdlü Bayramov Rüstəm Abdulazal oğluna məxsusdur.