Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilərək həbs edilmiş Ramin Hacılı azadlığa buraxılıb.

"Leqal.info"nun xəbərinə görə, bu barədə R.Hacılının özü sosial şəbəkədə məlumat paylaşıb.

O, fotosunu paylaşaraq azadlıqda olduğunu qeyd edib.

Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə "Report"a bildirib ki, həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə R.Hacılının barəsində həbs qətiman tədbirini ləğv edib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, DSX-nin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları ötən il iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlunu saxlayıb.