Leqal.Info

SON DƏQİQƏ

İordaniya parlamentinin deputatları Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər - FOTO

İordaniya parlamentinin deputatları Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər
11-07-2019, 12:21 44 600 dəfə baxılıb

İordaniya parlamentinin üzvləri, hüquq üzrə mütəxəssis və tədiqatçılardan ibarət nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.

Bu barədə Leqal.info-ya AMEA Mərkəzi Elmi Kitabxananın
İctimaiyyətlə əlaqələr bölməsindən rəsmi məlumat daxil olub.

Qonaqlar kitabxananın Sərgi salonunda “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlə, son həftə ərzində kitabxanaya yeni daxil olmuş mənbələrlə tanış olublar. Ziyarətçilər Akademiklər zalında yerləşən Diplomatik fondda İordaniya səfirliyinin güşəsi, Nadir kitab fondu və Şərq ədəbiyyatı fondunun fəaliyyəti ilə də yaxından maraqlanıblar. Həmçinin MEK-də mühafizə edilən ərəb və fars dillərdə olan hüquqi sənədlər barədə fikir mübadiləsi aparıblar.
İordaniya parlamentinin deputatları Mərkəzi Elmi Kitabxananı ziyarət ediblərİordaniya parlamentinin deputatları Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər


www.leqal.info

Teqlər: Mərkəzi Elmi Kitabxana

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI