Leqal.Info

SON DƏQİQƏ

Azərbaycanda dollarla əməliyyatların həcminin kəskin azalması davam edir - TƏHLİL

Azərbaycanda dollarla əməliyyatların həcminin kəskin azalması davam edir
8-12-2017, 17:02 288 dəfə baxılıb

2017-ci ilin yanvar-oktyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən azalıb.

Leqal.info "APA-Economics"-ə istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 1,8 dəfə azalıb.

Bu ilin 10 ayı ilə ötən ilin müvafiq dövrünü müqayisə edəndə məlum olur ki, hesabat dövründə də dollar ilə əməliyyatlarda 1,9 dəfə azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 2 mlrd. 631 mln. 927,7 min ABŞ dolları olubsa, 2016-cı ilin eyni dövründə 5 mlrd. 015 mln. 849,1 min manat təşkil edib. Bu ilin oktyabr ayı ilə ötən ilin eyni dövrünü müqayisə edəndə ABŞ dolları ilə əməliyyatların həcminin 10,99% azalması məlum olur. Qeyd edək ki, bu ilin oktyabr ayında 367 mln. 653,2 min dollarlıq, ötən ilin eyni dövründə 413 mln. 075,9 min dollarlıq mübadilə əməliyyatları aparılıb.

Bu ilin oktyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 202 mln. 513,9 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 20,2% azdır. Oktyabrda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 165 mln. 139,3 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,68% çoxdur.

Amma bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda banklar tərəfindən dollar alışı 0,53%, dollar satışı isə 18,13% artıb.

Bu ilin 10 ayı ilə ötən ilin müvafiq dövrünü müqayisə edəndə məlum olur ki, hesabat dövründə də avro ilə əməliyyatlarda da 1,4 dəfə azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-oktyabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 538 mln. 771,2 min ABŞ dolları olubsa, 2016-cı ilin eyni dövründə 758 mln. 946,2 min manat təşkil edib. 2016-cı ilin oktyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 2,1 dəfə artıb. Başqa sözlə, bu ilin oktyabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 119 mln. 079,2 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 56 mln. 473 min avro təşkil edib.

Oktyabrda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 96 mln. 796,4 min avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,02 dəfə çoxdur. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 22 mln. 828,8 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,58 dəfə çoxdur.

Bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda banklar tərəfindən avro alışı 8,23%, avro satışı isə 1,99 dəfə artıb.


www.leqal.info

Teqlər: Azərbaycanda dollarla əməliyyatların həcminin kəskin azalması davam edir - TƏHLİL

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI