"Bolqarıstan və Rumıniya vasitəsilə taxılın daşınması kifayət deyil, bu səbəbdən, Avropa İttifaqı (Aİ) bu həftə İstanbulda Ukrayna və Rusiya arasında taxıl məsələsi ilə bağlı razılığın əldə olunacağına ümid edir”.

"Leqal.info" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Aİ XİN Şurasının iclasından əvvəl deyib.