Saatlıda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Saatlı rayonunun Minbaşılı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet "VAZ 2106" markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info