Leqal.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak, "Türkiyədə potensial təbii qaz mərkəzinin yaradılması ilə bağlı qərar 2023-cü ildə veriləcək" dedi.
"Türkiyədə yaradılacaq qaz mərkəzi qazın qiymətinin müəyyən edilməsi mexanizmi üçün müvafiq alətlər təqdim edə bilər. "Qazprom" Türkiyədə qaz mərkəzinin yaradılması layihəsi üzərində Türkiyə hakimiyyəti ilə fəal işləyir", - Novak bildirib.
Elnurə Fərhadqızı
Leqal.info