Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsindən “Leqal.info"ya verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.