Dövlət bağçalarının yay ayları ərzində açılması nəzərdə tutulmur.

Leqal.info bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, təhsil müəssisələrində təlim-tədrisin dayandrılması mayın 31-dək qüvvədədir: "Amma iyun ayının 1-dən sonra da dövlət bağçalarında təlim-tədrisin bərpası nəzərdə tutulmur".