Leqal.info bildirir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev İctimai televiziyanın efirində yayımlanan 3D verilişində koronavirusla bağlı hazırki vəziyyəti şərh edərkən söyləyib.

"Vəziyyət ürəkaçan deyil. Son vaxtlar yoluxma hallarının sayı artıb. Amma sağalan insanların sayı xəstələnənlərdən çoxdur. Koronaviruslu xəstələrimizin 70 faizi sağalaraq evə buraxılıb. Son günlərdəki yoluxma sayının çoxalması bizi narahat edir. İnsanların Operativ qərargah tərəfindən verilən tövsiyyələrə əməl etməməsi bizdə narahatlıq oyadır".