Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha iki nəfərdə koronavirus infeksiyası aşkar olunub.


Leqal.info xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Yoluxan şəxslər işğal altındakı Kəlbəcər rayonunda yaşayan bir ailənin üzvüdür.

Beləliklə, Qarabağda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 10-a çatıb.