Nəhayət uzun çəkən fasilədən sonra “Baku Steel Company” şirkətinin rəhbərliyində ciddi dəyişikliklər həyata keçirilib.
Leqal.info xəbər verir ki, indiyə kimi şirkətin qeyri-rəsmi sahibi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olsa da, artıq o bu zavoda nəzarəti itirib.
Şirkətin idarəetməsinə Nüsrət Məmmədovun gəlişi gözlənilir.
Qeyd edək ki, o əvvəllər "Baku Steel Company"-nın rəhbərliyində təmsil olunmuşdu və həmin dövrdə zavod yüksək nəticələr əldə etmişdi.
Ekspertlərin proqnozuna görə Nüsrət Məmmədovun rəhbərliyə qayıdışı ilə zavod default vəziyyətindən çıxıb əvvəlki istehsal normasını bərpa edə biləcək.