Uşaqların maska geyinməsi valideynlərin öz öhdəsinə buraxılacaq.

Leqal.info bildirir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, dünya praktikası da onu göstərir ki, koronavirus uşaqlarda çox az yayılır:

"ÜST-ün tövsiyyələrinə görə, 12 yaşdan aşağı uşaqlarda maskanın taxılması valideynlərin öz öhdəliyinə buraxılır. Ona görə də, təhsil müəssisələri açıldığı zaman uşaqların maska geyinməsi məsələsinə də öz valideynləri tərəfindən qərar veriləcək və nazirlik tərəfindən yalnız tövsiyyə olunacaq".