Tanınmış televiziya aparıcısı və həkim Aleksandr Myasnikov koronavirus infeksiyasına yoluxma hallarının artmasını müsbət vəziyyət kimi qiymətləndirib.

Leqal.info Rusiya mətbuatına istinadən xəbər verir ki, o, verilən statistikaya “sevinmək” lazım olduğunu izah edib. Həkimin fikrincə, rəqəmlərə diqqət yetirməyə dəyməz:

“Say artdıqca sevinməlisiniz. Asimptomatik və xəstəliyi yüngül keçirənlər nə qədər çox olarsa, kütləvi immunitetin qazanılması prosesi daha da sürətlənəcək. İctimai immunitetin qazanılması 2-3 il çəkəcək. Lakin koronavirus heç bir yerdə yox olmayacaq, yumşaq formada olsa da geri dönəcək. Əmin edirəm ki, 2023-cü ildə COVID-19 qrip kimi adiləşəcək”.