Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti vəzifəsindən azad olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın baş infeksionisti Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə onun yerinə Təyyar Eyvazov təyin olunub.