Leqal.info xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib.
“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik. Görüşdə Azərbaycanla NATO arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması istiqamətində əldə olunan irəliləyişləri qeyd etdik. Həmçinin, Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə ətraflı müzakirələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardıq”, - Hikmət Hacıyev vurğulayıb.
Leqal.info