Leqal.info xəbər verir ki, şirkətin açıqlamasına görə, ağır hallarda bu göstərici 100 faiz təşkil edir.
“Son dərəcə təsirli bir peyvəndimiz olduğuna inanırıq. İndi bunu sübut edəcək məlumatlara sahibik”, - deyə tədqiqat heyətinin rəhbəri Dr. Tal Zaks bildirib.
Şirkət peyvəndin şərti təsdiqlənməsi üçün Avropa Dərman Agentliyinə müraciət edəcəyini bildirib.
Bu il ABŞ-da peyvəndin 20 milyon doza həcmində istifadəsi gözlənilir.
Qeyd edək ki, “mRNA-1273” insanlarda sınaqdan keçirilmiş ilk “COVID-19” peyvəndi olaraq bilinir.