Bakı və Yerevan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi baş tutub.

Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov deyib.

“Bu gün növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi oldu. Şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan iki azərbaycanlını Bakıya təslim etdi. 4 erməni hərbi əsiri isə Yerevana qaytarıldı”, - deyə Muradov bildirib.