Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonunda minalardan təmizlənmə işləri həyata keçiriləcək.

Leqal.info "TASS"a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi xilasedicilərlə birlikdə Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsi üzrə tapşırıqları yerinə yetirmək üçün 4 yanvarda Azərbaycan Respublikasına uçub. Humanitar missiya çərçivəsində partlayıcı qurğular üzrə mütəxəssislər Ağdam bölgəsində işləyəcək", - nazirliyin məlumatında deyilir.