Leqal.info xəbər verir ki, bu barədə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"nun məlumatında deyilir.
Bildirilib ki, institutun direktoru Telman Kərimli, mütəxəssislər və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib.
Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib:
Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, “Vaqif Poeziya Günləri” bərpa ediləcək.