Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
“Rus hərbçiləri Dağlıq Qarabağdakı müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirlər”,- deyə açıqlamada bildirilib.
Həmçinin qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşahidə məntəqələrinin hərbçilərinin atıcı silahlardan və qəlpələrdən qorunması üçün yoxlama məntəqələri blokpostlarla təchiz olunub.