Leqal.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
O qeyd edib ki, fevralın 1-dən tədrisə başlayanda nəzərdə tutulan əsas işlərdən biri istilik sisteminə nəzarətlə bağlıdır: “Bu prosesi tənzimləyəcəyik və fevralın 1-də şagirdlərimiz isti siniflərdə tədrisə başlayacaqlar”.