Bir sıra sahibkarlar “Qafqazinfo”ya müraciət edərək həftəsonları bu iaşə obyektlərinin fəaliyyətinin icazə verilib-verilməyəcəyi ilə maraqlanıblar.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov sorğumuza cavab olaraq bildirib ki, 30-31 yanvar tarixləri də daxil olmaqla həftəsonları bu xidmət sahələri fəaliyyət göstərəcək: “Ticarət obyektləri, bərbərxana və gözəllik salonları həftəsonları da işləyəcəklər. Bu sahədə yerində xidmət bərpa edilib”.