Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsi boşdur.

Leqal.info Oxu.Az-a istinadən xəbər verir ki, hazırda həmin vəzifəni icra edən də yoxdur.

Qeyd edək ki, Müdafiə Nazirliyi yanvarın 28-də müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən azad olunmasına dair məlumat yaymışdı.

Nazirlik bəyan etmişdi ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil. Qeyd olunmuşdu ki, o, ordu sıralarından ehtiyata buraxılıb.