Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə ölüb.

Leqal.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən hərbi hissələrdən birində baş verib. Müddətdən artıq hərbi qulluqçu, 27 yaşlı Edvard Kirakosyan dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü bilinmir.

Faktla bağlı araşdırmalara başlanılıb.