Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Leqal.info xəbər verir ki, söhbət MAXE əsgər Aslanov Bəxtiyar İlqar oğlundan gedir.

1998-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində tapılıb.

Sonuncu dəfə ailəsi ilə müharibə başladığı gün danışan Aslanov Bəxtiyar sabah Naftalanda torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhidimiz Şuşa şəhərindəndir.

Allah rəhmət eləsin!