TƏBİB koronavirus əleyhinə vaksinin insanda yaratdığı immunitetin hansı müddətdə təsirli olacağı ilə bağlı suala aydınlıq gətirib.

Leqal.info xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində məlumat verilib.

Bildirilir ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 %-dir. İnsanda yaratdığı immunitetin müddəti minimum 1 il müəyyənləşib. Maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib.