Bu barədə “Qafqazinfo”ya “Füyuzat” jurnalının redaksiyasından məlumat verilib. Bildirilib ki, 90 yaşlı Baş redaktorun səhhətində problemlər olub və o, bu gün səhər saatlarında dünyasını dəyişib.
T. Əhmədov 1995-ci ildən “Respublika” qəzetinin Baş redaktoru kimi çalışıb.
O, 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. Filologiya elmləri doktoru, professor idi. Jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub.