Leqal.info xəbər verir ki, məktəbin direktoru İsa Əlixanlı bildirib ki, məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllimə Məhsimova Gülxar Sabir qızının həyat yoldaşında infeksiyasının əlamətləri aşkar edildiyindən, o da koronavirus testi verib, nəticəsi "pozitiv" çıxıb:
"Bu səbəbdən 19 mart 2021-ci il tarixindən 02 aprel 2021-ci il tarixədək məktəbdə tədris distant təhsil şəklində tədris olunacaq. Hazırda, müəllimə ambulator şəraitdə, həkim nəzarətində müalicə olunur. Gülxar müəllimənin 30 ilə yaxın iş təcrübəsi var".