Leqal.info xəbər verir ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar siyahısında rayon yollarının bağlanması ilə bağlı müddəa yoxdur.
Bugünkü qərarlara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun saat 06:00-dək uzadılıb. Martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Həmçinin aprel və may aylarında ictimai nəqliyyat qrafiklə işləyəcək.
Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov da bu gün brifinqdə 9 günlük bayram tətilində yalnız ictimai nəqliyyat və karantin rejiminin uzadılması ilə bağlı qərar verildiyini bildirib.