Leqal.info xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında deyilir.
Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadənin göstəricisi 78% təşkil edir. Gürcüstanda bu göstərici 43%, Ermənistanda isə 38%-dir.
Araşdırmada qeyd olunur ki, dünyada maska rejiminə əməl olunması üzrə fəallığın orta göstəricisi 62% təşkil edir.
Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə edilib.