Baş Prokurorluqdan Leqal.info-ya verilən məlumata görə, aparılmış ilkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xəttlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 min 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.