Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Leqal.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, bundan əvvəl Ağsunun icra başçısı Vahid Tağıyev olub. O, ötən ilin noyabr ayında 59 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub. O, 2007-ci ildən Lerik Rayon İcra Hakimiyyətinin başçısı idi.