Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Leqal.info xəbər verir ki, dövlət başçısı abidənin önünə gül dəstəsi qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad etdi.