Xəbər verdiyimiz kimi, mayın 17-də axşam radələrində ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Leqal.info-nun xəbərinə görə, telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib.

Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.