"Azərbaycanda açıq havada maskadan istifadənin ləğvi ilə bağlı qərar yaxın vaxtlarda elan oluna bilər. Bununla bağlı qaydalar hazırlanır".

Leqal.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda maskalarla bağlı qərarlar elan olunacaq.