Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.

Leqal.info xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!"