Leqal.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni TV”nin canlı yayımında deyib.
“Biz reyestrə şərti olaraq “Zəfər reyestri” adı qoymuşuq. Şəhidlərimizin ailə üzvlərinin və bu kateqoriyadan olan vətəndaşlarımızın məlumatları orada olacaq.
Reyestr dövlət orqanlarına və özəl qurumlara imkan verəcək ki, bu kateqoriyadan olan vətəndaşlarımızın müraciəti zamanı onların dərhal tanınması və onlara növbədənkənar xidmətlərin göstərilməsi və ya qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi, güzəştlərin əldə edilməsində açar rolunu oynasın.
Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan reyestri ilin sonuna qədər tam formalaşdıracağıq” - deyə, B.Hüseynov bildirib.