Leqal.info-nun xəbərinə görə, bunu AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov deyib.
“İstehlakçıların diqqətinə çatdırmaq istəyirəm ki, tərkibindəki kofenin miqdarı 15-dən aşağı olduğuna görə, o, enerji içkisi sayılmır. O, adicə sərinləşdirici içkidir. Onu istehlak etmək olar, ancaq o, enerji içkisi kimi istifadə edilməməlidir. Onun stimullaşdırma effekti olmayacaq”, - o bildirib.