Leqal.info xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağında qeydə alınıb. Rayon sakini olan 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı 21 yaşlı oğlanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info