Leqal.info xəbər verir ki, dövlət başçısına tunelin texniki göstəriciləri barədə məlumat verilib.
Bildirilib ki, burada ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.