Qarabağda döyüşlər zamanı ölən daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Leqal.info erməni KİV-nə istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkarlanıb.

Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 579-a çatıb.