Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni faktlar məlum olub.

Leqal.info bildirir ki, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Məlumata görə, Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.

Uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar davam etdirilir.