“Vaksin vurdurulması üçün əks-göstərişlər çox az faiz təşkil edir”.

Leqal.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, əks-göstəriş tələbləri ölkədə istifadə olunan hər 4 vaksin üçün eynidir: “Gələcəkdə ola bilər ki, əks-göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olanlar, yaşı 18-dən yuxarı, vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə allergik reaksiyası olan, hamiləlik və südvermə dövründə olanlar bu siyahıya aiddir. Bunlar qəti əks-göstərişlərdir.

Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”.